Bakıda kran doqquzmərtəbəli yaşayış binasına düşüb.

Metbuat.az xəbər verir ki, əldə etdiyi məlumata görə, hadisə nəticəsində kranın sürücüsü dünyasını dəyişib.

Faktı Səhiyyə Nazirliyindən təsdiqləyiblər: Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.