Bu il istifadəyə veriləcək yeni məktəb binaları -

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir.

İlin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR