"Semaşko"da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü

Bakıda Qazaxıstan vətəndaşı 38 yaşlı Dastan Toktasınov halı pisləşdiyi üçün 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") aparılıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, pasiyent xəstəxanada tənəffüs çatışmazlığından vəfat edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xarici vətəndaşın COVID-19-a yoluxduğu ehtimal edilir. Belə ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəz yalnız koronavirus xəstələrini qəbul edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR