Rusiya Xarici İşlər nazirinin müavini Polad Bülbüloğlu ilə görüşüb

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR