Qalmaqallı teleaparıcı dovşanlarına malikanə tikdirdi -

Qalmaqallarla gündəmdə adı hallanan britaniyalı televiziya aparıcısı və aktrisa Amanda Holden evinin həyətində dovşanları üçün malikanə tikdirib.

Metbuat.az xəbər verir ki, ev Holdenin qızları üçün keçmiş uşaq oyun evinin əsasını təşkil edib.

Aktrisanın iki dovşanı üçün hazırladığı evdə iki mərtəbəli çarpayılı yataq otağı, mətbəx və qonaq otağı var. Heyvanlar üçün sahibinin üzü təsviri olan yastıq da hazırlanıb. Taxta malikanənin bir neçə pəncərəsi, giriş qapısı var və ərazinin qarşısı hasara alınıb.

Malikanə altı min funt sterlinqə (13 251 AZN) başa gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR