Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir

Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublu hospitala yerləşdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

O, atasının indilərdə "City Hospital"a gətirildiyini qeyd edib.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR