"Sabah" klubu yeni transferini həyata keçirdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, uruqvaylı qapıçı Alvaro Vilete bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

29 yaşlı qolkiper Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.

Alvaro Vilete son mövsümdə “Patriotas”ın heyətində səkkiz oyunda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR