Almaniya Yunanıstandan əsgərlərini Egey adalarından çəkməyi tələb edib.

Metbuat.az bildirir ki, bunu Yunanıstanın "ESTİA" qəzeti yazıb. Xəbərdə Almaniyanın əsgərlərini geri çəkməsi üçün Yunanıstan Baş Naziri Miçotakisə təzyiq göstərdiyi bildirilib. Məlumata görə, Almaniya bu tələbini Afina səfiri Ernst Reiçel vasitəsi ilə ötürüb.

Fransa bu gərginlikdə Yunanıstanın tərəfində yer alır, Almaniya isə tərəfləri dialoqa çəkməyə çalışır.

Mənbə: Haber7