İran hökuməti Fransanın ölkədəki səfiri Florent Aydalot Xarici İşlər Nazirliyinə çağırıb.
Metbuat.az xəbər verir ki, səfir Fransa Prezidenti Emmanuel Makronun İslam və müsəlmanlara qarşı sərt çıxışlarına görə nazirliyə dəvət olunub. Nazirlikdən verilən açıqlamada Fransa hökumətinin Məhəmməd peyğəmbərin karikaturalarının yayımlanmasının təkidlə qınandığı bildirilib.
Mənbə: İRNA