Süleyman Soylu koronavirusa yoluxub

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, həyat yoldaşı və qızının da COVID-19 testi pozitiv çıxıb.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu, həkimlərin tövsiyəsi ilə xəstəxana şəraitində müalicə aldıqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR