Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 2106 nəfər isə virusa yoluxub.

Metbuat.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10,326-ə, yoluxanların sayı isə 377,473-ə çatıb. Ağır xəstələrin sayı 2,177 nəfər təşkil edir.

Ümumilikdə 14 milyondan çox (14,125,157) insan test olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR