"WhatsApp"ın Android beta versiyası yenilənib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkənin budəfəki versiyasında tətbiq olunan yeniliklər iOS cihazlarında da istifadəyə verilib.

Android-in 2.20.205.4-ə yüksəldilməsi ilə WhatsApp-da yeni smayllar da istifadəyə verilib. Bu smayllar, həm də "WhatsApp Business" istifadəçiləri üçün açıqdır.

Yeni smayl paketləri "Pets" və "Tonton Friends" adlandırılır.