Ərdoğan da Co Baydeni təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın yeni seçilən prezidenti Co Baydenə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Prezident köməkçisi olduğunuz dövrdə bir neçə dəfə görüşmüşük. Türkiyə-ABŞ münasibətləri yaxşı qurulmuş bazaya əsaslanaraq strateji xarakter daşıyır. Bu gün qlobal və regional səviyyədə qarşılaşdığımız çətinliklər, ümumi maraqlara və dəyərlərə söykənərək əlaqələrimizi daha da inkişaf etdirib, gücləndirməyimizi tələb edir.

Qarşıdakı dövrdə də bu istiqamətdə ABŞ rəhbərliyi ilə sıx əməkdaşlıq etməyi düşünürük və ölkələrimiz arasında güclü əməkdaşlıq və müttəfiqlik bağlarının gələcəkdə də davam edəcəyinə inanıram. Prezident seçildiyiniz üçün təbrik edirəm, ABŞ xalqının xoş rifahı üçün ən səmimi arzularımı çatdırıram”, - deyə məktubda bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR