Dünyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa yoluxma sayı 628 136 olub ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Metbuat.az bildirir ki, bu barədə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib. Qeyd edilib ki, Avropada (291 mindən çox), eləcə də Şimali və Cənubi Amerikada (234 mindən çox) daha çox yoluxma hadisəsi baş verib.

Ümumilikdə, dünyada 52 milyondan çox yoluxma, 1,29 milyondan çox isə ölüm qeydə alınıb.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR