Asiya İnkişaf Bankının Azərbaycanla bağlı yeni layihəsi

Asiya İnkişaf Bankının Azərbaycanla bağlı yeni layihəsi
11:33 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın Nəqliyyat Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) Bakı ilə Sumqayıt arasında sürət dəmir yolunun yenidən qurulması və yaradılması üzrə birgə layihəsi hazırlıq mərhələsindədir.

Bu barədə Trend-ə AİB-in Bakı nümayəndəliyindən bildiriblər.

Məlumata görə, hazırda AİB məsləhətçiləri müvafiq işlər görürlər: "Layihə ilə bağlı daha dəqiq məlumatın bu il martın sonunda məlum olacağı gözlənilir".

Agentliyin müsahibinin sözlərinə görə, bankın məsləhətçiləri layihənin iqtisadi məqsədəuyğunluğunun təhlilini hazırlayırlar: "Həmin təhlil əsasında Azərbaycan hökumətinin razılığının alınması vacibdir. Ona görə də bu barədə konkret nəsə söyləmək hələ tezdir”.

Nümayəndəlikdən qeyd ediblər ki, AİB-in Azərbaycandakı biznes planında göstərilmiş digər layihələrin statusunda heç bir dəyişiklik yoxdur.

Mənbə deyib: "İl hələ təzə başlayır və AİB-in missiyaları Azərbaycana yanvarın sonundan gəlməyə başlayacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2354102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR