Qardaşı və həyat yoldaşı şəhid oldu - Nəşini çiyinləri üzərində daşıdı

Şərurun Ələkli kəndindən olan Nargül İbrahimlinin ailəsinin iki üzvü ikinci Qarabağ döyüşlərində şəhid olub.

Metbuat.az xəbər verir ki, N. İbrahimlinin qardaşı şəhid Elton Qənbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər xiyabanında, həyat yoldaşı şəhid Adil İbrahimli isə bu gün Bakıda dəfn edilib.

O, Vətən üçün canından keçən həyat yoldaşının tabutunu öz çiyni üzərində daşıyıb. Görüntü sosial şəbəkədə yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR