SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi

Neftçala rayonunda zəlzələ olub.

Metbuat.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə, Neftçala rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR