Bakı, 27 may, AZƏRTAC
İcbari Sığorta Bürosu tərəfindən 2012-ci il iyunun 5-də, saat 14:30 radələrində, Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ailə üzvlərinin ölümü ilə, bir nəfərin isə az ağır xəsarətlər alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 11500 AZN (on bir min beş yüz manat) məbləğində kompensasiya ödənilib.
Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, ödəniş poçt vasitəsilə 2015-ci il mayın 26-da köçürülüb.