.

Yerə doğru beş asteroid yaxınlaşır

.

NASA mütəxəssisləri beş asteroidin bu həftə ərzində Yerə yaxınlaşacağını bildirib. Onlardan ikisi isə planetimizə Aydan da yaxın məsafədə olacaq.

Metbuat.az “RİA Novosti”yə istinadən məlumat verir ki, diametrləri 10 və 24 metr arasında olan asteroidlərdən üçü 16 dekabrda yaxınlaşacaq və ən yaxını Yerin 343 min kilometr məsafəsindən keçəcək.

Diametri 6,8 və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaq. Bu asteroidlərdən ən kiçiyi Yerdən 57,1 min kilometr, daha böyük olanı isə təxminən yeddi milyon kilometr məsafədən keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR