Avropa ölkəsində koronavirusun yeni ştammı ortaya çıxdı

İsveçrə ərazisində koronavirusun yeni ştammı aşkar edilib.

Metbuat.az bildirir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi bildirib. Bildirilib ki, söhbət bundan əvvəl Böyük Britaniyada aşkar edilmiş virusun növündən gedir:

"İsveçrədə Britaniya mənşəli [koronavirusun] yeni bir variantı iki test nümunəsində aşkar edilib".

Söhbət Birləşmiş Krallıqda daimi yaşayış yeri olan şəxslərdən götürülmüş biyomaterial nümunələrindən gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR