Yanvarın 1-dən “WhatsApp” bu telefonlarda işləməyəcək -

2021-ci il yanvarın 1-dən etibarən “WhatsApp” messenceri bəzi telefonlarda işləməyəcək.

Metbuat.az xəbər verir ki, “WhatsApp” əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlarda xidməti dayandıracaq.

Tətbiqin gələn ildən dəstəkləməyəcəyi Android telefonlar bunlardır: "HTC Desire", "LG Optimus Black", "Motorola Droid Razr" və "Samsung Galaxy S2" modelləri.

2021-ci ildə İOS cihazlardan "iPhone 4" üçün tətbiq xidmətlərini dayandırır. Bununla yanaşı, istifadəçilər "iPhone" 4S, 5, 5S, 5C, 6 kimi telefon modellərində İOS 9-dək yeniləmələri halında "WhatsApp"ı işlədə biləcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR