Evə çata bilmirdim… Gördüm ki, uşaqlar qapının ağzında...

“Özümdən asılı olmayaraq məndə elə bir hiss – həyəcan yarandı ki, evə çata bilmirdim, rul əlimdən çıxırdı. Sonra gördüm ki, uşaqlar hamısı bizim qapının ağzında bayraq asırlar”.

Şəhid Ceyhun Nəhmətovun atası Ehtiqad Nəhmətov həmin günü belə xatırlayır.

Qardaşı Elnur Nəhmətzadə deyir ki, Ceyhun maşın həvəskarı idi: “Maşın sürməyi də ona mən öyrətmişdim. Əgər onu bir anlıq görmək şansım olsaydı, “Getmə” deyərdim”

Nərgiz Həsənova isə şəhid nişanlısı barədə deyir: “Demişdim ki, biz nənə-baba olana qədər bu gündəliyi yazacam. Amma, qismət… Ceyhunla tanış olduğum gündən ta şəhid olana qədər hər şeyi yazdım. Aparıb məzarı üstünə qoydum ki, heç olmasa orda oxusun”

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin şəhid baş leytenantı Ceyhun Nəhmətov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə, “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.Metbuat.az jurnalist Ayşə İsazadənin “Vətən Yaxşıdır” layihəsi çərçivəsində hazırladığı 26 yaşlı şəhid Ceyhun Nəhmətovun hekayəsini təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR