Bu gün virusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 1682 nəfər müalicə olunaraq sağalıb, 633 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 224 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 207 min 88 nəfər müalicə olunaraq sağalıb, 2890 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 72 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 259 min 555 test aparılıb. Bugünkü test sayı isə 9264-dür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR