Bolqarıstanda qatarların sayının azalmasına qarşı kütləvi etiraz aksiyası keçirilib

Bolqarıstanda qatarların sayının azalmasına qarşı kütləvi etiraz aksiyası keçirilib
13:18 18 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+


Sofiya, 18 yanvar, İqbal Hacıyev, AzərTAc
Bolqarıstanın Sofiya, Varna, Qorno Oryaxovitsa, Montana şəhərlərində və digər yaşayış yerlərində dəmiryolu xətlərində sərnişin qatarların azaldılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Ölkədə yanvarın 12-dən başlayaraq dəmiryolu xətlərindən 38 qatar çıxarılıb, 10 qatar isə qısa marşruta keçirilib. Nəticədə minlərlə vətəndaş iş yerlərinə münasib qiymətə çatmaq imkanından məhrum olub. Fevralın 1-dən isə 90 qatarın xətdən uzaqlaşdırılması və 1500 işçinin işdən azad olunması planlaşdırılır. Bolqarıstan hökumətinə və parlamentinə ünvanlanmış bəyanatda etirazçılar ləğv olunmuş qatarların bərpa olunması və işdən azad olunmaların dayandırılmasını tələb edirlər. Bolqarıstanın nəqliyyat naziri İvaylo Moskovski hərəkət qrafikinə və maliyyə yardımı məsələsinə yenidən baxılmasına söz verib.

İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Sofiya

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR