x
Loading...
.

Göyçaylı gənclərdən nümunəvi addım - FOTO

.

Göyçayda gənclərdən nümunəvi addım həyata keçirilib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı ölkə ərazisində sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar “Könüllü Qonşu” adlı aksiyasına növbəti dəfə start verib.⠀

Metbuat.az-ın bölgə müxbirinin xəbərinə görə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin Gənc Könüllüləri də aksiyaya qoşularaq rayon sakinlərinə kömək etməyə hazır olduqlarını bildiriblər. Gənc Könüllülər aksiya çərçivəsində rayonun müxtəlif yerlərində yaşayan ahıl, yaşlı insanlara kömək etmək məqsədilə öz adlarının və əlaqə nömrələrinin olduğu elanları divarlara yerləşdiriblər.⠀

Elanda gənclər ərzaq və ya dərman almaq, zibilləri atmaq üçün evdən çıxa bilməyən yaşlılar, xəstələr və fiziki məhdudiyyəti olan və ya belə şəxsləri tanıyan insanların onlarla əlaqə saxlaya biləcəklərini qeyd ediblər.

İnanırıq ki, əl birliyi ilə bu çətin günlərin öhdəsindən gələcəyik. Biz birlikdə güclüyük!

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR