Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Azərbaycandan idxal edilən pomidorlarda pomidor güvəsinə yoluxma aşkar edib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, nəzarət zamanı 6 yoluxma halı qeydə alınıb.

Bununla əlaqədar olaraq Rusiya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müvafiq bildirişlər göndərib.

Yoluxma faktları ilə əlaqədar Azərbaycanın 5 müəssisəsindən, "Aqro Favorit" MMC, "Binə Aqro" QSC, "Agroterm" MMC, "Xızı Aqropark" MMC və fiziki şəxs Məmmədov Vilayət Rüstəm oğlundan pomidor idxalı dayandırılıb.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti yaxın zamanlarda Azərbaycan tərəfi ilə danışıqların başlayacağını deyib.

Hazırda Rusiya ərazisinə Azərbaycanın 33 müəssisəsindən pomidor idxalına icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR