Milli Qəhrəmanın qızı Milli Məclisə gəldi

.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Haşımova ilə Milli Məclisdə görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Sizi, Sizin timsalınızda bütün Milli Qəhrəman və şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyulub.

I Qarabağ müharibəsində fədakarlıqla iştirak edib, qəhrəmanlıqlar göstərən Əliyar Əliyevin ruhu bu gün şaddır, onun yetirmələri, silahdaşları, doğmaları da Vətən Müharibəsində döyüşdü, qələbəmizə öz xüsusi töhfələrini verdi.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”.

Q.Paşayeva şəhid Milli Qəhrəmanının qızına Mədəniyyət Komitəsi adından məktub təqdim edib.

Qəhrəmanın qızı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR