Messi və Ronaldo son 10 ilin ən yaxşı futbolçuları seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Metbuat.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada İtaliyanın "Yuventus" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu, Cənubi Amerikada isə İspaniya "Barselona"sında çıxış edən argentinalı Lionel Messi birinci olub.

"Real Madrid"in və İspaniya millisinin müdafiəçisi Serxio Ramos köhnə qitənin ən yaxşı ikinci oyunçusu hesab edilib. "Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yerlə kifayətlənib.

Braziliya yığmasının və Fransa PSJ-sinin forvardı Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın "San Paulu" komandasında oynayan Daniel Alveş isə üçüncü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR