x
Loading...
.

Daha bir marşrut xətti “BakuBus”a verildi

.

Fevralın 5-dən 32 nömrəli müntəzəm marşrut xətti (“28 May” metrostansiyası-“8-ci kilometr” ərazisi) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Metbuat.az-a verilən məlumata görə, dəyişiklik sayəsində 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha rahat daşınması mümkün olacaq:

“Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 32 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Fidan”-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.

Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR