Abşeronda ferma yandı

Abşeron rayonunda ümumi sahəsi 840 m² olan fermanın (üst hissəsi qamış, dam örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, fermanın qalan hissəsi, yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR