x
Loading...

XXI əsrin ən yaxşı hakimləri - SİYAHI

.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2001-2020-ci illər ərzində ən yaxşı hakimlərin reytinqini tərtib edib.

Metbuat.az xəbər verir ki, qurumun illik hakim reytinqləri əsasında hazırlanan siyahıya 140 xalla almaniyalı Feliks Brix başçılıq edir.

Cüneyt Çakır ondan bir xal geri qalır. İlk üçlüyü isə 137 xalla ingilis hakim Hovard Veb tamamlayır.

1998-2003-cü illərdə altı dəfə ardıcıl olaraq ilin hakimi seçilən italiyalı Pyerluici Kollina 94 xalla reytinqdə 11-ci yerdə qərarlaşıb.

Beləliklə də, əsrimizin ən yaxşı hakimlərinin ilk onluğu aşağıdakı kimidir:

1. Feliks Brix (Almaniya) 141 xal

2. Cüneyt Çakır (Türkiyə) 140 xal

3. Hovard Veb (İngiltərə) 137 xal

4. Markus Merk (Almaniya) 135 xal

5. Byorn Köypers (Niderland) 133 xal

6. Nikola Rizzoli (İtaliya) 121 xal

7. Oskar Xulian Ruiz (Kolumbiya) 104 xal

8. Massimo Busakka (İsveçrə) 96 xal

9. Xorxe Luis Larrionda (Uruqvay) 96 xal

10. Luboş Mixel (Slovakiya) 96 xal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR