Yunanıstanda həyəcan: Çox sayda qırıcı və hərbi gəmi hərəkətə keçdi -

Fevralın 25-də Türkiyə ordusunun Egey və Aralıq dənizində irimiqyaslı hərbi təlimlər keçirəcəyi ilə bağlı xəbərlər Yunanıstanda böyük narahatlıq yaradıb.

Metbuat.az xəbər verir ki, Yunanıstan mediası eyni bölgədə Afina və müttəfiqlərinin də hərbi təlimlər keçirəcəyinə diqqət çəkərək, vəziyyətin təhlükəli olduğunu qeyd edib. Məlumata görə, Türkiyə ordusunun "Mavi Vətən 2021" adlı təlimlərinə 90-a qədər hərbi gəmi və çox sayda qırıcı cəlb ediləcək. Yunanıstan mediası yazır ki, təlimlər zamanı Afinada həyəcan siqnalının verilməsi istisna deyil.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR