"Telegram"da istənilən çatda mesajların avtomatik silinməsi funksiyası əlçatan oldu

"Telegram" messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası, həmçinin qrup və kanallara dəvət etmək üçün müvəqqəti linklər əlçatan olub. Bu barədə "Telegram"ın rəsmi bloqunda məlumat verilib.

Metbuat.az "ICTnews" istinadən xəbər verir ki, "Telegram messencerində istənilən çatda mesajların avtomatik silinməsi funksiyası, qrup və kanallara dəvət etmək üçün müvəqqəti linklər, həmçinin çatlara sürətli giriş üçün vidcetlər əlçatan olub. Bundan başqa, indi qruplarda iştirakçıların sayına məhdudiyyət yoxdur" – mesajda deyilir.

Yeni funksiya göndərilmiş mesajın 24 saat və ya 7 gün sonra avtomatik silinməsini tənzimləməyə imkan verir. Bundan əvvəl mesajların avtomatik silinməsi funksiyası yalnız məxfi çatlarda əlçatan idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR