x
Loading...

Sarkisyan Qasparyanla bağlı hələ də qərar verməyib

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı hələ də qərar verməyib.

Metbuat.az xəbər verir ki, bunu “RİA Novosti”yə Sarkisyanın köməkçisi Asmik Petrosyan deyib.

"Hələ qərar qəbul edilməyib” - Petrosyan bildirib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bunun ardınca Paşinyan Qasparyanı istefaya göndərib. Lakin müvafiq təqdimatı hələ prezident imzalamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR