Kürdəmirdə yol qəzası -

Kürdəmir rayonunda yol qəzası olub.

Metbuat.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınının arxasındakı qoşquya çırpılıb. Nəticədə "Mercedes"də olan 4 nəfər müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR