x
Loading...
.

Bəzi vergi borcları silinəcək - İcra qanununa dəyişiklik

.

“İcra haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Metbuat.az-ın xəbərinə görə, “İcra haqqında” qanuna təklif edilən dəyişiklik uyğunlaşdırmaq xarakteri daşıyır.

Təqdim edilən layihə “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icra ilə əlaqədar hazırlanıb.

Belə ki, həmin qanunla məcəlləyə edilən dəyişiklikdən sonra qanuni qüvvəyə minmiş, məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borclar və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqlrı istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyi halda, ümidsiz borclar olaraq vergi orqanları tərəfindən silinir.

Qeyd edək ki, “İcra haqqında” qanunda dəyişiklik edilməsi məsələsi martın 9-da keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR