ABŞ Yunanıstana F-35 təyyarələrini satmağa hazırdır -

ABŞ Yunanıstana F-35 təyyarələri satmağa hazırdır.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Afinadakı səfiri Ceffri Payett belə açıqlama verib. O bildirib ki, Yunanıstan yeni nəsil qırıcıları almağa hazırdırsa, ABŞ satışa razılıq verə bilər. Onun sözlərinə görə, Yunanıstan əvvəlcə F-35 təyyarələrinə texniki xidmət göstərə bilmək üçün lazımi müəssisəni qurmalıdır.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemlərinin aldığını əsas gətirən Vaşinqton, Ankaraya “F-35”ləri satmaqdan imtina etmişdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR