Sabirabad rayonunun QalaqayIn kəndi ərazisində yol kənarında qamışlıq ərazi və kol-kos yanıb.

Metbuat.az xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon Yanğından Mühafizə Xidməti dərhal əraziyə cəlb olunub.

Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.