x
Loading...
.

“Liverpul”un ÇL matçının məkanı yenə dəyişdirildi

.

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” və Almaniyanın “Leypsiq” klubları arasında keçiriləcək cavab oyununun məkanı dəyişdirilib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Matçın yerinin dəyişdirilməsinə yenə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəb göstərilib.

Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk oyun da Budapeştdə – “Puşkaş Arena”da keçirilmişdi. Həmin qarşılaşmada “Liverpul” 2:0 hesabıyla qalib gəlmişdi.

“Liverpul” – “Leypsiq” matçı martın 10-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR