Niva həvəskarlarına pis xəbər -

Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçıları “Lada Niva” avtomobillərinin istehsalını dayandırıb.

Metbuat.az bu barədə “İzvestiya” nəşrinə istinadən xəbər verir.

Nəşr avtomobil istehsalçılarının dediyinə istinad edərək “AvtoVAZ” anbarlarında hələ də 193 “Lada Niva” avtomobilinin qaldığını bildirib. Qeyd edilir ki, avtomobilin qiyməti 738 min rubldan başlayır. Avtomobilin “Off-Road” versiyası isə 842 min rubldur.

Maraqlıdır ki, “Lada Niva” istehsalının dayandırılmasında “AvtoVAZ”-ın keçmiş dizayneri Valeri Semuşkin “xidməti” olduğu bildirilir. Deyilənə görə, avtomobilin görünüşündən narazı qaldığını bildirən Semuşkinlə həmkarları da razılaşıb.

Maraqlıdır ki, indi ruslar üçün yerli avtomobil almağın yolları daha da sadələşdirilib. İndi daha avtomobil sahibi olmaq üçün sığorta şirkətinə getmək, uzun müddət növbədə durmaq və menecerlərlə ünsiyyət qurmaq qətiyyən lazım deyil. Belə ki, indi bütün bunları reallaşdıracaq elektron siyasət almaq çox asandır. (sia.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR