Qəbələdə maşın yanıb

Qəbələdə minik avtomobili yanıb.

Mətbuat az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb. Rayonun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR