x
Loading...
.

Köhnə kafedən qumbara aşkarlandı

.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında mart ayının 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F.Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət gəstərən tikiliyə baxış keçirilib. Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR