Tvitterin qurucusu və CEO-su Cek Dorsi, sosial media platformasını qurulduğu zaman atdığı ilk tvitini 2,5 milyon dollara satıb.

Metbuat.az-ın məlumatına görə, alıcının Malayziyada yaşayan türk mənşəli ''Cryptoland'' və ''Bridge Oracle''-ın CEO-su Sina Estavi olduğu bəlli olub.

Cek Dorsinin bu tviti 2006-cı ildə paylaşılmışdı və ''Tvitterimi qururam'' deyə yazılmışdı.

''Webtekno''-dakı məlumata görə Dəyişilməz Nişana (NFT) çevrilən tvit, satışa çıxdığı gün satılıb.

Qeyd edək ki, bu tvit tarixə indiyə qədər satılan ən bahalı tvit kimi düşüb.