Ötən il qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirlər çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 32 nəfər saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, onlara bələdçilik edən 2 nəfər və bu fəaliyyətlə məşğul olan 3 qrup məsuliyyətə cəlb edilib. Keçirilən əməliyyat-axtarış nəticəsində 1 nəfər insan alveri qurbanı müəyyənləşdirilərək aidiyyəti üzrə orqanlara məlumat verilib.