Kasetin ixtiraçısı vəfat etdi -

Bir müddət evimizdə əskik olmayan kasetləri icad edən Lou Ottens, 94 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, 1952-ci ildə Filips şirkətində də işə başlayan Ottens, 1960-cı ildə şirkətin yeni məhsul inkişaf şöbəsinə rəhbərlik etməyə başlayıb.

O ilk dəfə, lentləri kiçik kassetlərdə daşımağın yolunu tapıb. Ottensin ixtirasından sonra digər şirkətlər kasetlərin formatını kopyalamağa başladılar. Bu kəşf əvvəlcə kompakt kaset adlandırıldı, sonra yalnız kaset kimi tanınmağa başladı.

Ottens daha sonra Sony şirkəti ilə kasetlərin dünya miqyasında yayılması üçün bir razılaşma əldə edib.

1986-cı ildə təqaüdə çıxan Ottens bir müsahibəsində "İxtiralarınızla fəxr edirsiniz?" "Xeyr, fəxr etmirəm" deyə cavab verib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR