Qaçırdıqları avtomobillə qəza törətdilər

Tovuz Rayon Polis Şöbəsinə V.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobilin Abulbəyli kəndi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, avtomobil polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün kəndin ərazisində əzilmiş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri E.Abbasov və İ.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR