“Rusiya Krımı intensiv şəkildə silahlandırır”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas belə açıqlama verib. O bildirib ki, Moskva bölgəyə təyyarələr, raketlər və hətta nüvə bombası yerləşdirir. Amerikalı diplomatın sözlərinə görə, Rusiya Azov və Qara dənizlərində, Kerç boğazında da hərbi qüvvələrini artırır.

Amerikalı nümayəndə bunun region və dünya üçün böyük təhlükə olduğunu ifadə edib.

Anar Türkeş / Metbuat.az