x
Loading...

Millimizin heyəti açıqlandı

.

Azərbaycan milli komandasının PortuqaliyaSerbiya ilə dünya çempionatının seçmə oyunları, həmçinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Cani De Byazi 30 futbolçuya dəvət göndərib. Onların arasında cəmi bir legioner var ki, bu da Ukrayna "Minay"ından ilk dəfə çağırılan hücumçu Anatoli Nuriyevdir.

Martın 15-dən başlanacaq hazırlıq prosesində kapitan Maksim Medvedev iştirak etməyəcək. Medvedev De Byaziyə müraciətində şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi onun xahişini müsbət cavablandırıb.

Millimizə dəvət olunan futbolçular bunlardır

- Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Mehdi Cənnətov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Sərtan Taşkın, Amin Seydiyev, Şəhriyar Əliyev, Azər Salahlı, Tellur Mütəllimov, Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Bədəlov, Qara Qarayev, Toral Bayramov, Anatoli Nuriyev, Emin Mahmudov, Aleksey İsayev, İsmayil İbrahimli, Rəhim Sadıxov, Xəyal Nəcəfov, Vüqar Mustafayev, Çoşqun Diniyev, Ramil Şeydayev, Namik Ələskərov, Mahir Emreli, Amil Yunanov və Əli Qurbani.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR