Bu yollarda sıxlıq var -

Bakı Nəqliyyat Agentliyi paytaxtda hazırda sıxlıq müşahidə edilən avtomobil yolları barədə məlumat yayıb.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur.

Sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların da hərəkətində çətinliklər yaranıb. Hərəkət intervallarında gecikmələr var.

Sıxlıq qeydə alınan küçə və prospektlər aşağıdakılardır:

Babək prospekti H.Əliyev prospekti istiqamətində

Moskva prospektində şəhər istiqamətində

Abbasqulu ağa Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində

Qara Qarayev prospektində hər iki istiqamətdə

Mikayıl Əliyev küçəsi Heydər Əliyev prospekti istiqamətində

Ziya Bünyadov hər iki istiqamətdə

Abdulvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində

Heydər Əliyev prospekti şəhər istiqamətində


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR