Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 20 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə və yaxınlıqda 1 ədəd şam ağacı qismən yanıb.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.